Avropa
Putinlə görüşdən sonra "yoxa çıxan" Fitso bu ölkədə tapıldı - VİDEO
Moskvaya səfərindən sonra iki həftə harada olduğu bilinməyən Slovakiyanın Baş naziri Robert Fitso Vyetnamdakı "Capella Hanoi" otelində "tapılıb" .
Publika.az xəbər verir ki, təfərrüatlar "Dennik N" nəşri tərəfindən açıqlanıb.
Jurnalistlər siyasətçinin sosial şəbəkədəki son paylaşımına diqqət çəkiblər. Onlar yayımlanan videoda Vyetnamda bir gecənin şərti olaraq təxminən altı min avrodan çox qiymətə başa gəldiyi bir otel otağının interyerini müəyyən ediblər.
Yeddinci mərtəbədəki "Grand Opera Madam Butterfly" suiti öz terrası, mərmər vanna otağı və qızılla örtülmüş cakuzi də daxil olmaqla 194 m² lüks həyat təklif edir. Otel Hanoyun ən dəbdəbəli yaşayış yerləri arasındadır, bir gecəlik qiyməti 6203 avroya qədərdir.
Qeyd olunur ki, Slovakiya hökuməti və otel Fikonun yeri ilə bağlı məlumatı şərh etməkdən imtina edib. "Capella Hanoi" əvvəlcə jurnalistlərin zəngini otağa yönləndirib, cavab gəlmədikdən sonra isə orada qonaq olmadığını bildiriblər.
Daha əvvəl Fitso sosial şəbəkələrdə Ukraynanın Rusiya qazının tranzitini dayandırmasına cavab olaraq Slovakiyanın ukraynalı qaçqınlara yardımı azalda biləcəyini bildirib.
Akqabay
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.jpg)



























