Avropa
Ölkənin ən zəngin adamı kisənin ağzını açdı: opera binası üçün 330 milyon...

Almaniyanın ən zəngin adamı Klaus-Mixael Kühne Hamburqda yeni opera binasının inşası üçün 330 milyon avro ayırıb.
Publika.az xəbər verir ki, bu barədə Kühne Fondu ilə Hamburq şəhər rəhbərliyi arasında razılıq əldə olunub.
Razılaşmaya görə, şəhər rəhbərliyi opera binası üçün ərazinin ayrılmasını və müvafiq infrastrukturun yaradılmasını öz üzərinə götürüb. Kühne Fondu isə binanın tikintisinin maliyyələşdirilməsini həyata keçirəcək.
87 yaşlı milyarder doğma şəhəri Hamburqda opera binasının inşası ilə bağlı niyyətini ilk dəfə 2022-ci ildə açıqlayıb. Şəhər bələdiyyəsi ilk vaxtlar bu açıqlamanı ciddiyə almasa da, sonradan aparılan müzakirələr zamanı razılaşma əldə olunub.
1955-ci ildə tikilmiş Dövlət Operası binasının təmirə ehtiyacı olduğu halda yeni binanın inşası planına görə milyarder tənqidlərə də məruz qalıb.

-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO
-
MDB09:12
Daha bir generala qarşı cinayət təqibi başladı: Nədə ittiham olunur?
-
Nida Xəbər 08:43
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Avropa07:47
Putin-Tramp danışıqlarından sonra Ukrayna PUA hücumlarına məruz qaldı
-
Sosial02:12
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA