Makron Pas-de-Kaledə villa satır - Hər ay kredit ödəyir
Bizi izləyin

Avropa

Makron Pas-de-Kaledə villa satır - Hər ay kredit ödəyir

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pas-de-Kale bölgəsində yerləşən Monejan villasını satmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Figaro" qəzeti yazıb.

Bildirilib ki, Makron cütlüyü adı Bricitin valideynləri Simone və Jean adlarından gələn Monejan villasını satmağa hazırlaşır.

Yelisey Sarayı qeyd edib ki, bu, cütlüyün şəxsi həyatına aiddir.

Çox güman ki, cütlük 250 kvadratmetrlik villanı şəhərin ən gur küçələrindən birində yerləşdiyinə görə satmaq qərarına gəlib və bu, yoldan keçənlərin diqqətini cəlb edir.

Prezident ailəsi daha çox məxfilik istəyirlər. Villa Bricitə atasından miras qalıb. Bundan əlavə, 2011-ci ildə Makron binanın təmiri üçün 15 illik 350 min avro kredit götürüb və hazırda ödəməyə 127 min avro pulu qalıb. Hər ay dövlət başçısı banka təxminən 2,5 min avro ödəyir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm