Avropa
Şolts seçkiləri uduzsa da, kansler ola bilər - Necə?

Almaniya kansleri Olaf Şoltsun Almaniyanın Sosial Demokrat Partiyası (SPD) Bundestaqa erkən seçkilərdə məğlub olsa belə, yenidən hökumət başçısı olmaq şansı var.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.
“Bir neçə partiyanın iştirakı ilə seçki nəticələrinə görə koalisiya yaradıla bilər. “Sara Vaqenknextin İttifaqı - Ağıl və Ədalət Naminə” və Sol Partiyası 5%-lik baryeri keçib Bundestaqa daxil olmasa, problem yaranacaq. Əgər keçsələr, belə bir hakim ittifaq heç bir halda fantaziya deyil”, - nəşr bildirib.
Qeyd edək ki, Şolts əvvəllər yenidən seçilmək şansını 60% qiymətləndirib. O, kansler seçilməyəcəyi halda siyasətdən gedəcəyini də bəyan edib.
Bundestaqa növbədənkənar seçkilər fevralın 23-də keçiriləcək.

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar