Avropa
Zelenski: "Onun qərarı olmadan Ukraynada sülh mümkün deyil"

"Rusiya Prezidenti Vladimir Putinin qərarı olmadan münaqişənin sülh yolu ilə həlli mümkün deyil".
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalına müsahibəsində bildirib.
Ukrayna lideri ABŞ, Aİ və Rusiya ilə birlikdə sülh danışıqlarında iştirak etməyə hazır olduğunu vurğulayıb . Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya liderini danışıqlara sövq edə bilər.
“Mən çox istəyirdim ki, Ukrayna Rusiya deyil, Tramp üçün prioritet olsun. Və ümid edirəm ki, biz daha önəmliyik. Biz Rusiya qədər böyük deyilik, amma hesab edirəm ki, strateji baxımdan Ukrayna ABŞ üçün daha vacibdir, çünki biz həqiqətən tərəfdaşıq, müttəfiqik və ümumi dəyərləri paylaşırıq”, - deyə ukraynalı siyasətçi əlavə edib.
O qeyd edib ki, Rusiya liderinin sözlərinə heç kim inanmamalıdır.
Zelenski 2019-cu ildə Rusiya ilə atəşkəs razılaşmasına yaxınlaşma təcrübəsini misal çəkib və nəticədə bu razılaşma dağılıb.
Hüseyn İbadlı

-
Hadisə09:10
Qəbələdə yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildi
-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər