Makronun "Ukrayna sammiti"ndə heç nə alınmadı: Özü də iclası tələsik tərk edib
Bizi izləyin

Avropa

Makronun "Ukrayna sammiti"ndə heç nə alınmadı: Özü də iclası tələsik tərk edib

Avropa ölkələrinin Kiyevə dəstək strategiyası üzrə məşvərət sammiti heç bir rəsmi nəticə vermədən başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Qeyri-rəsmi danışıqlarda Avropa İttifaqından yalnız altı ölkə iştirak edib: Almaniya, Polşa, İtaliya, Niderland, Danimarka və İspaniya. Böyük Britaniyanın baş naziri Kir Starmer də sammitdə iştirak edib.

Ursula fon der Leyen və Antonio Kosta Aİ-nin dövlətlərüstü strukturları adından məsləhətləşmələrə qatılıblar. NATO-nun baş katibi Mark Rutte də müzakirələrdə iştirakedib.

Bununla belə, regionun aparıcı funksionerləri heç bir yekun konstruktiv təşəbbüs irəli sürməyiblər. Yalnız Polşa hökumətinin başçısı Donald Tusk mediaya hər kəsin hələ də Ukrayna böhranında iştirak edəcəyini bildirib. Hər kəsi Parisə dəvət edən Fransa prezidenti Emmanuel Makron jurnalistlərə açıqlama vermədən iclası tələsik tərk edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm