Avropa
Çətir altında gələn Lavrov, fərqli liftlər və açıq qalan sual: Dünyanın izlədiyi görüş - FOTO

Rusiya və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında krallıq ailəsinin saraylarından biri olan Diriyah sarayında, Al-Basatin kompleksində keçirilən görüşündə diqqətçəkən məqamlar qeydə alınıb.
Publika.az xəbər verir ki, “Röyters”in Ər-Riyaddakı müxbiri Humeyra Pamuk qapalı görüşdən öncə baş verənləri qələmə alıb.
Ər-Riyadda yağış yağır. Bu, isti Ərəbistanda az rast gəlinən təbiət hadisəsidir.
Rusiya nümayəndə heyəti “Ritz Carlton” otelində yerləşiblər. Otelin foyesində bürünc at heykəllərinin fonunda dayanan Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Trampı “problemin həlledicisi” adlandırıb. Rusiya təhlükəsizlik işçiləri təmtəraqlı mavi məxmər kreslolarda əyləşərək, xarici işlər naziri Sergey Lavrovun gəlişini və otelin qarşısında gözləyən avtomobil karvanına qoşulmasını gözlədilər. Daha sonra Lavrov çıxdı və çətirləri altında avtomobilə mindi.
ABŞ və Rusiya mediasının nümayəndələri ayrı-ayrı liftlərdə görüşün keçirildiyi otaqdan kənardakı zala çxıb. Rəsmilər Ukraynanın görüşdə iştirak edib-etməməsi və güzəştlərlə bağlı suallara məhəl qoymayıb.
Görüşdə ABŞ dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkof iştirak edir. Rusiya tərəfini isə xarici işlər naziri Sergey Lavrov, dövlət başçısının köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondu rəhbəri Kiril Dmitriyev təmsil edir.
Asif

-
Magazin208:12
Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi - FOTO
-
Sosial07:17
Bu gündən havanın temperaturu yüksələcək
-
İdman06:46
Əfsanə açıqladı: Trampın eks-gəlini ilə eşq yaşayır - FOTOLAR
-
Yaxın Şərq02:21
İsrail ordusu KABUSLA ÜZ-ÜZƏ - Əsgərləri dişləyən nədir? / FOTO
-
Art00:45
Balacaların sevimlisi olan aktrisa VƏFAT ETDİ - FOTO
-
ABŞ00:30
Vaşinqtonda Fidanla Rubio arasında görüş keçirilir
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gözlənilməz xəbərlər sizi sevindirə bilər
-
Magazin125 Mart 22:24
"Onlara yazığım gəlir" - FOTO