Ukrayna ordusuna AĞIR İTKİ: Donetskə daxil olan tağım məhv edildi
Bizi izləyin

Avropa

Ukrayna ordusuna AĞIR İTKİ: Donetskə daxil olan tağım məhv edildi

Rusiya qırıcıları Donetskin Krasnoarmeysk şəhəri ərazisində yerləşən Ukrayna Silahlı Qüvvələrinin tağımını məhv ediblər.

Publika.az xəbər verir ki, bu barədə TASS təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, ukraynalı birləşmə Kursk vilayətindən DXR-ə bu yaxınlarda gəlib.

“Krasnoarmeyskdən qərbdə yerləşən Kotlino və Udaçnoye kəndlərinin ərazilərində düşmənin şəxsi heyətinin bir tağımı məhv edilib”, - mənbə qeyd edib.

O əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin bölmələri cəbhənin bu hissəsində əks-hücumlar təşkil etməyə çalışır. Onlar ehtiyat qüvvələrin dəstəyi ilə fəaliyyət göstərirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm