Avropa
Prezident parlamenti buraxdı: Növbədənkənar seçki təyin etdi

Portuqaliya prezidenti Marselo Rebelo de Sousa martın 13-də axşam çıxışında Luis Monteneqro hökumətinə etimadsızlıq səsverməsindən sonra parlamentin buraxıldığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə RTP məlumat yayıb.
De Sousa bildirib ki, parlament buraxıldıqdan sonra növbədənkənar seçkilər "əksər partiyaların üstünlük verdiyi tarixdə" - mayın 18-də keçiriləcək.
Portuqaliya prezidentinin qərarı konstitusiyaya görə bu cür qərarların qəbulu üçün iştirakı tələb olunan məsləhətçi orqan olan Dövlət Şurasının iclasından sonra qəbul edilib.
Xatırladaq ki, martın 11-də Portuqaliya parlamenti maraqların toqquşması ilə bağlı qalmaqala girən Monteneqronun başçılıq etdiyi sağ mərkəzçi hökuməti istefaya göndərib.
Böhranın mərkəzində baş nazirin ailəsinə məxsus konsaltinq şirkəti dayanır. O, müxalifətin, Monteneqronu zənginləşdirdiyini iddia etdiyi özəl şirkətlərlə müqavilələr imzalayıb.
Özünə qarşı etimadsızlıq səsverməsinin təşəbbüskarı baş nazirin özü olub və o, ailəsinin biznesini araşdırmaq üçün parlament komissiyasının yaradılmasının əleyhinə çıxış edib. Parlament buraxıldığından, komissiya öz işinə başlaya bilməyəcək.
Tural

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır