Avropa
Makron 3 şəhərin adını çəkdi: Avropa qoşunlarını göndərə bilər

Fransa Prezidenti Emmanuel Makron Avropanın öz qoşunlarını göndərə biləcəyi üç Ukrayna şəhərinin adını çəkib.
Publika.az “Le Parisien”ə istinadən xəbər verir ki, Makronun fikrincə, Avropa ölkələri öz sülhməramlılarından ibarət hərbi kontingenti Ukraynanın Kiyev, Lvov və Odessa şəhərlərinə göndərə bilər.
"Ukrayna suverendir və müttəfiq qoşunlarının öz ərazisində olmasını tələb edərsə, bu, Rusiyanın razı olub-olmamasından asılı deyil", - o vurğulayıb.
Bundan əvvəl Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bəyan etmişdi ki, Rusiya Federasiyası Ukraynaya mümkün kontingentin tərkibində göndərilə biləcək xarici hərbçiləri sülhməramlı kimi qəbul etməyəcək.
Martın 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukraynada xarici sülhməramlıların yerləşdirilməsi məsələsində güzəştə getməyəcəyini vurğulamışdı.
Ləman

-
Hadisə10:00
Bakıda toyda zəhərlənən 32 nəfərin son durumu açıqlandı - YENİLƏNDİ
-
Magazin209:00
“Gönül Dağı”nın ulduzu qəzaya düşdü - Vəziyyəti ağırdır
-
ABŞ03:35
"Axmaq və dəhşətli insanlarsınız” deyib kənara çəkiləcəyik - Tramp
-
MDB01:35
Rusiya bu sazişdən ÇIXDI
-
Qoroskop00:55
Günün qoroskopu: Emosiyalar çox yüksəkdir, diqqətli olun!
-
Nida Xəbər 18 Aprel 23:59
Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
-
Nida Xəbər 18 Aprel 23:42
Paşinyan Qazaxın sərhədində - Video
-
Magazin218 Aprel 23:27
Xalq artisti səhnədən yıxıldı, onurğası sındı