Avropa
Putin-Tramp danışıqlarından sonra Ukrayna PUA hücumlarına məruz qaldı

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Strana.ua nəşri məlumat yayıb.
Kiyevdə bir neçə partlayış səsi eşidilib. Sumi, Odessa və Jitomir vilayətlərində "Geranium" PUA-larının hücumu qeydə alınıb.
Bildirilib ki, martın 19-na keçən gecə Kiyevdə iki dəfə silsilə partlayış səsləri eşidilib.
Gecə saatlarında ruslar PUA-larla bir sıra hədəfləri vurublar. Dnepropetrovsk vilayətində iki müəssisəyə, Çerkassı vilayətində isə müəssisə və anbara ziyan dəyib.
Xarkov vilayətinin Merefa şəhərində neft emalı zavodu gecə atəşi nəticəsində tamamilə dağılıb. Oraya 20-yə yaxın dron buraxılıb, bir mühafizəçi yaralanıb.
"Bu, 2022-ci ilin fevral ayından bəri zavoda edilən dördüncü hücumdur. Dünənə qədər zavod öz gücünün cəmi 10%-i ilə işləyirdi, lakin sonuncu hücumdan sonra o, tamamilə məhv edilib. Yanğın bütün gecə söndürülüb. Əslində, söhbət iflas prosedurunun başlanmasından gedir", - şirkətin sahibi bildirib.
Hüseyn İbadlı

-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi