Avropa
Serbiya Rusiyadan kömək istədi - NƏ BAŞ VERİR?

Serbiyanın Baş naziri vəzifəsini icra edən Miloş Vuçeviç Rusiyanın baş naziri Mixail Mişustinə rəsmi məktub göndərərək ondan 15 mart mitinqin şəraitinin araşdırılmasına rusiyalı mütəxəssisləri cəlb etməyi xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə Vuçeviç "X" sosial şəbəkəsində məlumat verib və müraciətin Serbiya prezidenti Aleksandr Vuçiçlə razılaşdırıldığını vurğulayıb.
Vuçeviç Rusiyadan strateji tərəfdaş kimi hüquq-mühafizə orqanlarının etirazçılara qarşı “səs topundan” istifadə etmələri ilə bağlı ittihamlarla bağlı həqiqəti müəyyən etmək üçün ekspertlər təqdim etməyi xahiş edib.
Məlumata görə, rusiyalı mütəxəssislər hakimiyyəti öldürücü olmayan akustik silahlardan istifadə etməkdə ittiham edən müxalifətin yaydığı “məlumatların qəsdən təhrif edilməsini” təkzib etməyə kömək edəcək.
Vuçeviç Serbiya ilə Rusiya arasında tarixi bağlılığı vurğulayaraq, ölkənin “suverenliyə güclü zərbələr”lə üzləşdiyini və Moskvanın dəstəyinin milli maraqların qorunması üçün çox vacib olduğunu qeyd edib.
Serbiyada 2024-cü ilin noyabrından hökumət əleyhinə etirazlar keçirilir. Onlar Novi Sadda dəmiryol vağzalında dəmir-beton örtüyünün uçması faciəsi ilə bağlıdır.
2025-ci il martın 19-da Serbiyanın Milli Assambleyası (birpalatalı parlament) ölkənin baş naziri Miloş Vuçeviçin istefasını qəbul edib.
Hüseyn İbadlı

-
Qoroskop00:55
Günün qoroskopu: Yuxularınız sizə mesaj verəcək
-
Hadisə23 Aprel 22:26
Qubada körpü çökdü: 60-dan çox kəndin əsas yolu bağlandı - YENİLƏNDİ
-
ABŞ23 Aprel 22:14
Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
-
Dünya23 Aprel 21:37
İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Region23 Aprel 21:12
Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
-
Elm və təhsil23 Aprel 19:40
Qarabağ Universiteti müəllim axtarır - FOTO/YENİLƏNDİ
-
Magazin123 Aprel 19:10
Azərbaycanlı gəlinindən Van Dammla bağlı paylaşım
-
Region23 Aprel 18:20
İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi