Makronun gizli planı üzə çıxdı: Öz təhlükəsizliyi üçün silahlanırmış
Bizi izləyin

Avropa

Makronun gizli planı üzə çıxdı: Öz təhlükəsizliyi üçün silahlanırmış

Fransada dövlət başçısının gizli planı üzə çıxıb. Prezident Emmanuel Makron hakimiyyətdə qalmaq üçün Rusiya təhlükəsini uydurub. Bu iddia ilə siyasətçi Düpon-Enyan çıxış edib.

Publika.az xəbər verir ki, o, bu barədə fikirlərini "X" sosial şəbəkəsində bildirib.

"Makron hakimiyyətdə qalmaq və fransızların ciblərini boşaltmaq üçün Rusiya ilə bağlı yalan təhdid uydurur. Onun postundan uzaqlaşdırılması həyati və fövqəladə vəziyyətdir!" - deyə Düpon-Enyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Makron Fransa xalqına müraciətində bildirib ki, o, Rusiyanı təkcə Ukrayna üçün deyil, həm də Avropa İttifaqı üçün təhlükəli görür. Makron deyib ki, Moskvanın Ukrayna münaqişəsində qalib gəlməsinə imkan vermək olmaz. Onun fikrincə, Avropa guya Ukraynanı maliyyələşdirməyə davam etməlidir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm