66 yaşlı qadın 10-cu dəfə ANA OLDU - FOTO
Bizi izləyin

Avropa

66 yaşlı qadın 10-cu dəfə ANA OLDU - FOTO

Berlində Berlin Divarı Muzeyinin direktoru, 66 yaşlı Alexandra Hildebrandt onuncu övladını dünyaya gətirib.

Publika.az xəbər verir ki, bu barədə Telegraaf.nl məlumat yayıb.

Filip adlı oğlan 37 həftəlik hamiləlikdən sonra keçən həftə 3550 qram ağırlığında və 50 santimetr boyunda dünyaya gəlib. Bu, artıq qadının qeysəriyyə əməliyyatı ilə səkkizinci doğuşudur və həkimlər bunu unikal hal adlandırırlar.

Aleksandra ilk dəfə 21 yaşında ana olub. 53 yaşından sonra onun daha səkkiz uşağı dünyaya gəlib. O, hazırda 12 yaşlı əkizlər Elizabet və Maksimilian, 10 yaşlı Aleksandra, 8 yaşlı Leopold, 7 yaşlı Anna, 4 yaşlı Mariya və 2 yaşlı Katarinanı böyüdür. Qadının böyük övladları həkim işləyən 45 yaşlı Svetlana və vasitəçiliklə məşğul olan 36 yaşlı Artemdir.

"Mən bu yaşımda uşaq bezlərini dəyişdirə bilirəmsə, niyə də olmasın?" – qadın zarafat edib.

O, bütün böyük ailənin bir masa ətrafında toplaşa biləcəyi anları səbirsizliklə gözlədiyini etiraf edib. Cütlük artıq yeni, geniş bir ev alıb, çünki köhnə ev bir çox uşaq üçün çox dar olub.

Həkimlər Hildebrandtın yaşına baxmayaraq əla fiziki vəziyyətinin oldunu deyiblər.

Qadın özü bunu sağlam həyat tərzi ilə əlaqələndirir: düzgün qidalanma, gündəlik üzgüçülük və qaçış, pis vərdişlərdən imtina.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm