Fransada iki reaktiv təyyarə toqquşdu - ANBAAN VİDEO
Bizi izləyin

Avropa

Fransada iki reaktiv təyyarə toqquşdu - ANBAAN VİDEO

"Patrouille de France" akrobatika komandasının iki "Alpha Jet" təyyarəsi Fransada qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri naziri Sebastyen Lekornu "X" sosial şəbəkəsində məlumat verib.

"İndicə Fransanın şərqində məşqdə iştirak edən "Patrouille de France" akrobatika komandasının iki "Alpha Jets" reaktiv təyyarəsinin iştirakı ilə qəza baş verib. Xilasetmə xidmətləri cəlb olunub, Daxili İşlər Nazirliyi və silahlı qüvvələr arasında koordinasiya aparılır", - nazir yazıb.

"Puissance Télévision" portalında yayımlanan görüntülərə görə, təyyarələr dönüş yerinə yetirərkən toqquşub. İlkin məlumatlara görə, hər iki pilot təyyarəni tərk edə bilib.

Jurnalistlərin məlumatına görə, təyyarələrdən biri Sen-Dizier kommunasında Kalin silosuna çırpılıb. Akrobatika komandası bu sahədə məşq keçirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm