Avropa
Ukrayna siyahını Ağ Evə ötürdü - Bu gündən başlaya bilər

Ukrayna hakimiyyəti ABŞ-a münaqişə zamanı hədəfə alınmamalı olan infrastruktur obyektlərinin siyahısını verib.
Publika.az "5-ci kanal"a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Səudiyyə Ərəbistanında keçirilən Ukrayna-Amerika danışıqları zamanı Kiyev Rusiya qoşunlarının vurmamalı olduğu strateji obyektlərin siyahısını Vaşinqtona verib.
Ukrayna Prezidenti qeyd edib ki, enerji ilə yanaşı, Ukrayna limanlarının infrastrukturu da hücumlara məruz qalmamalıdır. Zelenski Amerika tərəfinin Kiyevin bu mövqeyini dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, enerji obyektləri ilə bağlı atəşkəs bu gündən qüvvəyə minə bilər.
Martın 25-də Zelenski ABŞ-ın vasitəçiliyi ilə Rusiya ilə əldə olunan razılaşmaların Vaşinqton tərəfindən elan edildikdən sonra qüvvəyə minəcəyini bildirib. Ukrayna liderinin sözlərinə görə, bu şərti Amerika tərəfi özü qoyub.
Həmin gün Kreml hücumlara moratorium tətbiq edilən obyektlərin siyahısını dərc edib.
Hüseyn İbadlı

-
Art22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Hadisə18:30
Şadlıq sarayında 55 nəfərin zəhərlənməsinin səbəbi bilindi
-
Sosial17:53
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
-
MDB17:02
Ruslardan Türkiyə ilə bağlı QORXULU ANONS: Ara qarışacaq, işıqlar sönəcək
-
Nida Xəbər 15:27
Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
-
Elm və təhsil14:38
DİM imtahanların başlama vaxtını dəyişdi
-
İdman13:12
"Qalatasaray"ın sabiq ulduzu bu gözəldən ayrıldı - FOTOLAR
-
Sosial12:48
Azərbaycanın məşhur iş adamı xeyli tələbəni aldadıb - ŞOK İDDİA