Avropa
NATO lideri Ukraynaya qəfil səfər etdi

NATO-nun Baş katibi Mark Rutte aprelin 15-də planlaşdırılmamış səfərlə Ukraynaya gedib.
Publika.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Ruttenin özü sosial şəbəkələrdə bildiriblər.
Rutte qeyd edib ki, Zelenski ilə birlikdə Odessa şəhərinə səfər edib.
“Ukrayna xalqı çox şey yaşayıb. NATO-nun dəstəyi sarsılmazdır. Biz Ukraynaya kömək etməyə davam edəcəyik ki, bu gün özünü müdafiə edə və gələcək təcavüzün qarşısını ala bilsin, ədalətli və davamlı sülhü təmin etsin”, - o tviterdə yazıb.
Eyni zamanda, Zelenski NATO Baş katibi ilə birlikdə ukraynalı hərbçilərin yaralandıqdan sonra bərpa prosesi keçdiyi xəstəxanaya baş çəkdiyi videonu paylaşıb.
“Hərbi həkimləri də mükafatlandırdım. Onlar nəinki hər gün xəstəxanada əsgərlərimizə kömək edir, həm də Xerson, Xarkov və Nikolayev vilayətlərində atəş altında insanların həyatını xilas ediblər”, - Zelenski yazıb.

-
Rəsmi xronika15:59
İlham Əliyev Çinə getdi
-
Sosial15:10
Dəm qazından ölən ailənin görüntüləri - VİDEO
-
Dünya14:18
Papa öldü, 900 illik kitab yenidən gündəmə gəldi: Dünyanın sonu iddiası
-
Nida Xəbər 13:48
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Nida Xəbər 13:30
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
Cənubi Qafqaz13:06
Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
-
İdman11:42
Əfsanəvi Lobanovskinin Ronaldonu görməyə gözü yox idi: Səbəbi bəllidir
-
Qoroskop10:44
Detektiv olaraq doğulan 4 bürc: Onlardan sirr saxlamaq mümkün deyil