Ukrayna və ABŞ razılaşma memorandumu İMZALADI - Bundan sonra nə baş verəcək?
Bizi izləyin

Avropa

Ukrayna və ABŞ razılaşma memorandumu İMZALADI - Bundan sonra nə baş verəcək?

Ukrayna və ABŞ faydalı resurslara dair anlaşma memorandumu imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə kraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

“Biz komandalarımızın konstruktiv birgə işini və xalqlarımız üçün faydalı olan sazişi başa çatdırmaq və bağlamaq niyyətini təsdiq edən memorandum imzaladıq.

Müqavilə əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar açacaq.

Məhz bu məqsədlə qruplar sənəd üzərində işləyirlər”, - nazir bəyan edib.

UNİAN vurğulayıb ki, memorandum razılaşma deyil. İmzalanmış sənəd gələcəkdə tam müqavilə bağlamaq niyyətini təsdiqləyir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm