Avropa
“Brexit”ə XƏYANƏT - Britaniya Aİ ilə yenidən anlaşır

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa İttifaqı ilə post-Brexit dövründə mühüm müdafiə sazişi imzalamağa yaxındır.
Publika.az “Independent”ə istinadla xəbər verir ki, yeni razılaşmaya əsasən, Britaniya silah istehsalçıları Avropa müttəfiqlərinə milyardlarla funt sterlinq dəyərində silah satışı üçün Aİ-nin tenderlərinə qatılmaq hüququ qazanacaqlar. Saziş Avropa Komissiyasının təqdim etdiyi 150 milyard avroluq yeni müdafiə fondunu əhatə edir və bu fond çərçivəsində Aİ ölkələri artıq ABŞ deyil, daha çox Avropa istehsalçılarını dəstəkləməyi planlaşdırır.
Bu razılaşma Britaniyanın Aİ-yə öz balıqçılıq sularına çıxışla bağlı böyük güzəştə getməsi fonunda əldə olunub. Tənqidçilər bu addımı “Brexit”ə xəyanət kimi qiymətləndiriblər.
Qeyd edək ki, Aİ ötən ay “Readiness 2030” adlı yeni təhlükəsizlik strategiyasını açıqlayıb. Strategiya Avropanın ABŞ-dan müdafiə sahəsindəki asılılığını azaltmağı və büdcə qaydalarını yumşaldaraq Aİ daxilində müdafiə texnikasının satınalmasını genişləndirməyi nəzərdə tutur.

-
Magazin122:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin121:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin119:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ
-
Mətbəx18:55
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?
-
Nida Xəbər 18:36
Pakistanın Baş naziri Azərbaycana gəlir
-
Sosial17:59
Mikayıl Cabbarova yeni vəzifə verildi