Avropa
Aİ-dən şirkətlərə ŞOK QADAĞA - Bu ölkəyə qarşı yol xəritəsi hazırlanır

Avropa İttifaqı şirkətlərə Rusiyadan enerji təchizatı almağı qadağan etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" yüksək vəzifəli bir məmura istinadla məlumat yayıb.
Qeyd olunub ki, Aİ səlahiyyətliləri həmçinin şirkətlərə enerji resurslarının tədarükü üçün Rusiya Federasiyası ilə yeni müqavilələr bağlamağı qadağan etməyi planlaşdırır.
Agentliyin mənbəsinin dediyinə görə, Avropa Komissiyası şirkətlərin cərimə riski olmadan qaz tədarükü üçün Rusiya ilə müqavilələri poza bilməsi üçün hüquqi variantları nəzərdən keçirəcək. Tədbirlər Rusiyanın enerji mənbələrindən imtinaya dair yol xəritəsi çərçivəsində nəzərdən keçiriləcək.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, Avropa İttifaqı gələcək sanksiyalar çərçivəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qoyulan qadağadan imtina edib.
Bir sıra Aİ-yə üzv dövlətlərin rəhbərliyinin müqaviməti ilə əlaqədar rəsmilər belə bir addımdan imtina ediblər. Vurğulanıb ki, Avropa hakimiyyət orqanları alternativ enerji mənbələrindən əmin deyillər və ABŞ-la danışıqlarda güclü mövqe tutmaq istəyirlər.
Hüseyn İbadlı

-
Sosial23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin121:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin119:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ
-
Mətbəx18:55
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?