Avropa ABŞ-ın bu çağırışlarını rədd edir
Bizi izləyin

Avropa

Avropa ABŞ-ın bu çağırışlarını rədd edir

ABŞ-la danışıqlarda iştirak edən Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların ləğvi və Krımın tanınması təkliflərini rədd edir.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Qeyd olunur ki, avropalı diplomatik mənbələr Donald Tramp administrasiyasının Moskva ilə daha sıx əlaqələrə can atması ilə bağlı Avropada narahatlığın artdığını bildirir.

Məlumata görə, Vaşinqtonun mümkün sülh prosesi çərçivəsində təklifləri, o cümlədən Krımın Rusiya ərazisi kimi tanınması və sanksiyaların ləğvi Avropa ölkələri və Kiyev üçün qəbuledilməz olub.

Avropa İttifaqı vurğulayıb ki, o, münaqişənin həlli üzrə danışıqlar başa çatana qədər məhdudlaşdırıcı rejimi yumşaltmaq niyyətində deyil.

Avropalı diplomatlar da hesab edirlər ki, yaxın gələcəkdə hər hansı razılaşmanın əldə olunması real deyil.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm