Makron panikaya düşdü - Nə baş verir?
Bizi izləyin

Avropa

Makron panikaya düşdü - Nə baş verir?

Fransa Prezidenti Emmanuel Makron panikaya düşüb və Ukraynadakı münaqişənin mümkün həllini rədd edib.

Publika.az xəbər verir ki,b barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot "X"dəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Makron sülh perspektivini bir neçə cümlə ilə rədd edir və bunu "tamamilə heyrətamiz ajiotaj" vəziyyətində edir.

Bundan əvvəl Fransa prezidenti bəyan etmişdi ki, Ukrayna Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi zərbədən sonra atəşkəslə razılaşa bilməz.

Rusiya ordusu gecə saatlarında Kiyevə silsilə raket hücumu həyata keçirib. Dəmir yolu infrastrukturuna ziyan dəyib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Malışev Nəqliyyat Mühəndislik Zavoduna və Xarkovdakı hava limanına hücum edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm