Çexiyada hepatit A epidemiyası sürətlə yayılır
Bizi izləyin

Avropa

Çexiyada hepatit A epidemiyası sürətlə yayılır

ərini

Çexiyada hepatit A xəstəliyinin yayılma sürəti son illərlə müqayisədə rekord həddə çatıb.

Publika.az Novinky portalının Dövlət Səhiyyə İnstitutuna istinadən xəbər verir ki, cari ilin ilk aylarında artıq 636 yoluxma hadisəsi qeydə alınıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə on dəfəyə qədər artım deməkdir.

Epidemiya nəticəsində artıq altı nəfər həyatını itirib. Həkimlər xəbərdarlıq edir ki, xəstəlik xüsusilə yaşlılar və zəif immunitetə malik şəxslər üçün ciddi təhlükə yaradır.

Mütəxəssislər bildirirlər ki, hepatit A əsasən gigiyena qaydalarına əməl etməyən və pis sanitar şəraitdə yaşayan insanlara yoluxur. Bu səbəbdən əhalinin daha həssas təbəqələri infeksiyaya daha çox məruz qalır.

Xəstəliyin inkubasiya dövrü 50 günə qədər davam edə bilər və bir çox hallarda simptomlar özünü göstərmədiyi üçün virus yalnız laborator testlərlə aşkar olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm