Zelenski RAZILIQ VERDİ: "Putini Türkiyədə gözləyəcəm"
Bizi izləyin

Avropa

Zelenski RAZILIQ VERDİ: "Putini Türkiyədə gözləyəcəm"

Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya Prezidenti Vladimir Putini gözləyəcək.

Publika.az xəbər verir ki, o bu barədə "Telegram" kanalında paylaşım edib.

“Biz sabahdan atəşkəs gözləyirik - tam və davamlı, diplomatiya üçün lazımi zəmin təmin edəcək”, - o yazıb.

Onun sözlərinə görə, görüşə şəxsən gedəcək.

"Mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən. Ümid edirəm ki, ruslar bu dəfə edə bilməyəcəklərinin səbəblərini axtarmayacaqlar", - Zelenski əlavə edib.

ABŞ Prezidenti Donald Tramp bir qədər əvvəl özünün "Truth Social" sosial şəbəkəsində yazıb ki, Ukrayna hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin münaqişənin həlli üçün İstanbulda danışıqlar aparmaq təklifi ilə dərhal razılaşmalıdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm