Kir Starmerin evi yandı
Bizi izləyin

Avropa

Kir Starmerin evi yandı

Britaniyanın Baş naziri Kir Starmerin Londonun şimalındakı evində yanğın olub.

Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, yanğın bu gün səhər saatlarında baş verib.

Hadisə nəticəsində evin giriş qapısı zərər görüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının qeydə alınan ünvan Kir Starmerin Baş nazir seçilməmişdən öncə həyat yoldaşı və övladları ilə birlikdə yaşadığı ev olub. O, seçkidə qələbə qazandıqdan sonra Baş nazirlərin rəsmi iqamətgahı olan “10 Downing Street”ə köçüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm