İngiltərə və Almaniyadan birgə bəyanat: Görün hansı silahlar hazırlanır
Bizi izləyin

Avropa

İngiltərə və Almaniyadan birgə bəyanat: Görün hansı silahlar hazırlanır

Böyük Britaniyanın Müdafiə Nazirliyi Almaniya ilə birgə 2000 kilometrdən çox mənzilli dəqiq idarə olunan silahlar hazırlamaq planlarını açıqlayıb.

Publika.az xəbər verir ki, bununla bağlı tərəflərin birgə bəyanatında qeyd olunur.

"Böyük Britaniya və Almaniya 2000 kilometrdən çox mənzilli yeni silahın birgə hazırlanması üçün birlikdə çalışacaqlar", - nazirliyin bəyanatında deyilir.

Qeyd edilir ki, yeni silahlar digər məsələlərlə yanaşı, NATO-nun çəkindirici imkanlarını, həmçinin Böyük Britaniya və Avropanın müdafiə sektorunu gücləndirmək məqsədi daşıyacaq.

Qeyd edək ki, yeni silah 2024-cü ilin oktyabrında imzalanmış "Trinity House" ikitərəfli müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində hazırlanacaq. Tərəflər həmçinin "P-8 Poseidon" dəniz patrul və kəşfiyyat təyyarələri üçün "Stinq Rey" torpedalarının alınması üzrə birgə proqramı müzakirə edirlər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm