Avropa
Melaniya Trampın heykəli YOXA ÇIXDI: topuq nahiyəsindən kəsiblər - FOTO

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın şərəfinə Sloveniyada qoyulmuş bürünc heykəl itib.
Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, heykəl xüsusi mülkiyyətdə olub. O, hasara alınıb, lakin təcavüzkarlar obyektə yaxınlaşa biliblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları və heykəlin müəllifi Bred Dauninin bildirdiyinə görə, naməlum şəxslər heykəli topuq nahiyəsindən kəsərək naməlum istiqamətə aparıblar.
"Oğurluq barədə mayın 13-də məlumat verilib və polis əməkdaşları dərhal hadisə yerinə gedib və araşdırmalara başlayıblar", - yerli hüquq-mühafizə orqanlarının katibi Alenka Drenik Rangus bildirib.
Melaniya Trampın şərəfinə onun doğulduğu Sevnitsa şəhərində heykəl ucaldılıb. Əvvəlcə burada taxta heykəl qoyulub, lakin yanğın zamanı zədələnib. Nəşr qeyd edib ki, bununla əlaqədar 2020-ci ildə kənddə heykəlin bürünc nüsxəsi quraşdırılıb.
Hüseyn İbadlı
.jpg)

-
Hadisə09:10
12 otaqlı ev yandı - Tüstüdən zəhərlənən var
-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu