Avropa
Bu ölkədə helikopterlər toqquşdu: beş nəfər həlak oldu

Finlandiyanın cənub-qərbində yerləşən Eyura şəhəri yaxınlığında iki mülki helikopter toqquşub.
Publika.az xəbər verir ki, helikopterlərdən birində iki, digərində isə üç nəfər olub və onların hamısı hadisə yerində həyatını itirib. Mediada yayılan məlumatlara əsasən, həlak olanlar arasında iki estoniyalı iş adamı da olub.
Qəza yerli vaxtla saat 12:35 radələrində (Bakı vaxtı 14.35) baş verib. Toqquşmadan sonra hər iki helikopter yerə çırpılıb. Hadisənin şahidlərindən birinin sözlərinə görə, helikopterlərdən biri manevr edərkən digərinə çırpılıb və nəticədə hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.
Helikopterlər hadisə yerində bir-birindən təxminən 100 metr məsafədə aşkar edilib. Onlardan biri Estoniyada, digəri isə Avstriyada qeydiyyatdan keçmişdi. Məlumata görə, helikopterlər Tallin şəhərindən havaya qalxaraq və Finlandiyanın Kumo hava limanına istiqamətlənmişdi.
Hadisənin səbəbləri araşdırılır.

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi