Avropa
Rumıniyada yeni prezident seçildi - FOTO

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin hazırkı meri, müstəqil avropapərəst namizəd Nikusor Dan 54,17% səslə qalib gəlib.
Publika.az xəbər verir ki, nəticələr bülletenlərin 98,56%-i işləndikdən sonra Daimi Seçki Administrasiyasının saytında dərc edilib.
Onun rəqibi, Rumınların Birləşməsi uğrunda millətçi Alyansın lideri George Simion 45,83% səs toplayıb.
Media Danı qalib elan edib: namizədlər arasında 898 min səs fərqi var, 850 mini isə hesablanmamış qalıb.
Buxarestin mərkəzində yeni prezidentin minlərlə tərəfdarı “Nikuşor! Avropa! Rumıniya!” şüarları səsləndirirlər. Onun çıxışı gözlənildiyi üçün Elizabeta bulvarında nəqliyyatın hərəkəti bağlanıb.
Hüseyn İbadlı


-
Sosial14:42
DTX əməliyyat keçirdi: Bu rayonun icra başçısı SAXLANILDI
-
Sosial13:52
Nazir müəllimlərin iş saatı haqda: Bundan artıq olmaz
-
Rəsmi xronika13:32
Prezident daha bir fərman imzaladı
-
Sosial12:46
Ermənilər daha bir mahnımızı oğurladılar - VİDEO
-
Region11:16
Paşinyan Türkiyəyə nəyə gedir? - Bağlı qapılar arxasında müzakirə
-
Dünya10:54
Netanyahu orduya göstəriş verdi: Heç kimin toxunulmazlığı yoxdur, VURUN!
-
Yaxın Şərq10:00
ABŞ kəşfiyyatı məlumat yaydı: Xameneinin öldürülməsi planı…
-
Avropa09:54
Amerikalı rejissorun dəhşətli əməli: Rus qadını və körpəsini bu ölkədə vəhşicəsinə öldürdü