Avropa
Fransa Rusiyaya savaş elan edir: Ordunu göndərir

Vladimir Putinlə Donald Trampın telefon söhbətindən sonra Avropa elitaları yenidən “hərəkətə” başlayıblar.
Publika.az "News.ru"ya istinadən xəbər verir ki, ən çox qəzəblənən şəxs, gözlənildiyi kimi, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerdir. Siyasətçilər bir-birinə zəng edib və artıq birgə fəaliyyət planlarını müzakirə etməyə müvəffəq olublar.
"Mən Donald Tramp, Kir Starmer, Fridrix Merts və Corcia Meloni ilə danışdım. Putin Trampın ona təklif etdiyi, Ukrayna və Avropanın dəstəklədiyi 30 günlük atəşkəs rejimini qəbul etməklə sülh istədiyini göstərməlidir", - Makron bloqunda yazıb.
Bununla yanaşı qeyd olunur ki, avropalıların özləri nədənsə sülhə can atmırlar. Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırdığı bildirilir. Bu məqam Starmerlə müzakirə olunub. İnsayderlərdən biri qeyd edir ki, Rusiya üçün bu personajların hücumlarının heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq Moskva onları sezmir, çünki onlar danışıqlar prosesinin subyekti deyillər.
Qeyd olunur ki, bu, atəşkəsə nail olmaq imkanlarını aradan qaldırmağa yönəlmiş yeni təxribatdır. Starmer əlavə edib ki, o, Makronla yeni sanksiyaların tətbiqi imkanlarını müzakirə edib.
Makron bir neçə min avropalı hərbçinin tezliklə Ukraynaya göndərilə biləcəyini istisna etmir. Fransa prezidenti məsələni belə izah edib: "Əsas element Ukraynada qoşunların olmasıdır. Bu, bir neçə min ola bilər, amma yüz minlərlə ola bilməz. Söhbət kəmiyyətdən getmir. Məsələ burasındadır ki, biz ehtiyat qüvvəni təmin etmək üçün orada olacağıq: havada və ya cəbhə xəttindən uzaqda yerləşən strateji mövqelərdə".
"Insider-T" "Telegram" kanalı yazır ki, artıq Putin avropalı siyasətçilərin planları barədə məlumatlandırılıb. Aİ qoşunlarının Ukrayna ərazisinə daxil edilməsini təşkil etmək üçün irəli sürdükləri bir aylıq atəşkəsdən istifadə etmək niyyətindədir.
Bununla belə, bu məqam insayderlərin inandığı kimi “eşidilməmiş eskalasiya”ya səbəb olacaq. Qərbin Ukraynadakı istənilən hərbi mövcudluğu Rusiya tərəfindən qanuni hədəf kimi görünəcək. Kreml bu məsələni prezident Trampla müzakirə etməyi planlaşdırır.
Qərb yaxşı bilir ki, Moskva Ukraynada Avropa qoşunlarının istənilən yerləşdirilməsinin əleyhinədir.
Adəm

-
Magazin118:48
Türkiyədə bu toy gündəm oldu - VİDEO
-
İdman18:00
Prezidentin nəvələri Dana Uayt və Həbib Nurməhəmmədovla bir arada - FOTOLAR
-
Region16:00
Biz indi kiminlə masaya oturacağımızı bilmirik - Əraqçi
-
Region14:20
Radioaktiv çirklənmə mümkündür - MAQATE xəbərdarlıq etdi
-
MDB14:00
Təbriklər, Tramp! - Medvedev bəzi ölkələrin İrana nüvə silahı verəcəklərini açıqladı
-
Yaxın Şərq12:50
İran İsrailə hücumlarda bu raketdən istifadə etdi - İlk dəfə
-
Yaxın Şərq12:45
İsrailə raket zərbələri endirildi: yaralı sayı 86-ya çatdı - Yeniləndi
-
Ekologiya12:30
Azərbaycanda sarı və narıncı XƏBƏRDARLIQ verildi