Almaniya tank briqadasını bu ölkəyə yeridir: Rusiyanın qarşısını almaq üçün
Bizi izləyin

Avropa

Almaniya tank briqadasını bu ölkəyə yeridir: Rusiyanın qarşısını almaq üçün

Almaniya Rusiyanın qarşısını almaq üçün Litvada tank briqadasını artıracaq.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

"Almaniya briqadanın formalaşdırılmasını 2027-ci ilin sonuna qədər başa çatdırmaq niyyətindədir və burada 5000-ə qədər şəxsi heyət var. Bu, İkinci Dünya Müharibəsindən sonra ölkənin xaricdə daimi dislokasiya olunmuş ilk tank briqadası olacaq", - agentlik qeyd edir.

Bundan əvvəl britaniyalı analitik Aleksandr Merkuris bəyan etmişdi ki, Almaniya yenidən silahlanmaya görə “borc dəliyi” ilə üz-üzədir. Ekspertin fikrincə, ordunu yenidən silahlandırmaq üçün Berlin dövlət borcunun artması ilə bağlı konstitusiya məhdudiyyətini ləğv etməli olacaq, əks halda Almaniyanın pul almağa yeri qalmayacaq.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm