"Dranq nax Osten": Dördüncü Reyx qoşunları Rusiya ilə sərhədə göndərdi
Bizi izləyin

Avropa

"Dranq nax Osten": Dördüncü Reyx qoşunları Rusiya ilə sərhədə göndərdi

Almaniya “Dranq nax Osten” (“Şərqə irəliləmək”) ənənəsinə uyğun olaraq, İkinci Dünya Müharibəsində Üçüncü Reyxin məğlubiyyətindən sonra ilk dəfə olaraq xaricə daimi olaraq qoşun yeritməyə başlayıb.

Publika.az xəbər verir ki, 4800 əsgər və 200 mülki heyətdən ibarət ağır döyüş bölməsi Rusiya ilə həmsərhəd Litvada yerləşir. Almaniya kansleri Berlinin İkinci Dünya Müharibəsindən sonra alman qoşunlarını xaricə ilk daimi yerləşdirməsini qeyd etmək üçün Litvaya səfər edib və müttəfiqləri Avropanın Rusiyaya qarşı müdafiəsini gücləndirmək üçün səylərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

“The Guardian” yazır ki, izdiham Litva, Almaniya və Ukrayna bayraqlarını dalğalandırarkən, Fridrix Merts və onun müdafiə naziri Boris Pistorius NATO-nun şərq cinahını gücləndirmək üçün nəzərdə tutulmuş zirehli briqadanın formalaşdırılması mərasimində iştirak ediblər.

Yeni ağır döyüş bölməsi olan 45-ci Panzer Briqadası 4800 alman əsgəri və 200 mülki heyətdən ibarət olacaq. “The Guardian” qeyd edir ki, onun 2027-ci ilə qədər tam gücünə çatması planlaşdırılır.

Kansler Merts deyib: "Biz tərəfdaşlarımızla birlikdə Şimali Atlantika Alyansının ərazisini istənilən təcavüzə qarşı müdafiə etməkdə qərarlıyıq. Baltikyanı müttəfiqlərimizin təhlükəsizliyi həm də bizim təhlükəsizliyimizdir".

Bundesverin misli görünməmiş yerləşdirilməsi NATO və Aİ-yə üzv olan və Rusiyanın hücumundan qorxan Litvanın və digər Baltikyanı sərhəd respublikalarının, Estoniya və Latviyanın müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Vilnüsdə Litva prezidenti Gitanas Nauseda ilə keçirdiyi mətbuat konfransında Merts bəyan edib ki, Avropanın xəritəsini yenidən cızmaq istəyən Rusiyanın aqressiv revizionizmi təkcə Ukrayna üçün deyil, bütün qitə üçün ciddi təhdidlər yaradır.

“Biz qətiyyətlə Ukraynanın tərəfindəyik, lakin biz həm də bütövlükdə avropalılar və mümkünsə, Birləşmiş Ştatlarla bir komanda kimi bir yerdəyik”, - Merts deyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm