Avropa Rusiya ilə danışıqlar aparacaq şəxs axtarır: Dəyişən simaların festivalı
Bizi izləyin

Avropa

Avropa Rusiya ilə danışıqlar aparacaq şəxs axtarır: Dəyişən simaların festivalı

Avropa Rusiya ilə danışıqlar aparacaq şəxs axtarır: Dəyişən simaların festivalı

Avropa Rusiya ilə münaqişəni həll etmək üçün sülh danışıqlarında daha fəal iştirak etməlidir və bunu etmək üçün tez bir zamanda nümayəndə seçməlidir.

Publika.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bildirib.

Onun sözlərinə görə, Avropa danışıqlarda iştirak etmək istəyir və etməlidir, çünki sülh bağlandıqdan sonra ortaya çıxacaq təhlükəsizlik arxitekturası Litva da daxil olmaqla, qitədəki bütün ölkələr üçün vacibdir.

Lakin əvvəlcə Avropanın onu kimin və hansı prinsiplər əsasında təmsil edəcəyi barədə razılığa gəlməsi və "bunu kifayət qədər tez etməsi" lazımdır.

Litva prezidentinin sözlərinə görə, danışıqlar nümayəndələrinin rotasiyası Aİ-nin daimi mövqeyinin olmadığı təəssüratını yarada bilər "Avropanın daim dəyişən liderlərlə təmsil olunmasının uyğun olduğunu düşünmürəm, çünki bu, qarşı tərəfə Avropanın möhkəm təmsil olunmadığı, əksinə, bir növ dəyişən simaların festivalı olduğu təəssüratını verir", - Nauseda deyib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm