Parisin nüvə müharibəsi xofu: Rusiyaya qarşı Almaniya ilə gizli məsləhətləşmə
Bizi izləyin

Avropa

Parisin nüvə müharibəsi xofu: Rusiyaya qarşı Almaniya ilə gizli məsləhətləşmə

Parisin nüvə müharibəsi xofu: Rusiyaya qarşı Almaniya ilə gizli məsləhətləşmə

Fransa Rusiyaya qarşı mümkün hərbi qarşıdurma zamanı uzaqmənzilli raketlərin tətbiqi qaydalarını Almaniya ilə əvvəlcədən razılaşdırmaq istəyir. Paris hesab edir ki, hər hansı yanlış hesablama Moskvanın nüvə cavabına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti danışıqlardan məlumatlı mənbələrə istinadən yazıb.

Bildirilir ki, Paris Almaniya rəsmiləri ilə məsləhətləşmələr apararaq Berlinin “dərin və dəqiq zərbələr” üçün nəzərdə tutulan silahların tətbiqi yanaşmasını Fransanın nüvə strategiyası ilə uzlaşdırmağa çalışır.

Fransalı rəsmilərdən birinin sözlərinə görə, Rusiyanın hərbi hədəfinə adi silahlarla endirilən zərbə belə nüvə cavabına səbəb ola bilər. Mənbə hesab edir ki, Moskva verilən siqnalı yanlış qiymətləndirsə, vəziyyət qısa müddətdə nüvə müharibəsi həddinə çata bilər. Üstəlik, tərəflər təhlükənin miqyasını vaxtında dərk etməyə də bilərlər.

Parisın narahatlığı Almaniya, Böyük Britaniya, Polşa və Baltikyanı ölkələrin uzaqmənzilli silah arsenalını genişləndirməsi fonunda yaranıb. Nəşrin məlumatına görə, Berlin Rusiyanın dərinliklərinə zərbələr endirməyə imkan verən 500-2000 kilometr mənzilli yerüstü raketlər alır və hazırlayır.

Müzakirələr Fransa prezidenti Emmanuel Makronun ölkəsinin nüvə potensialının digər Avropa dövlətlərinin təhlükəsizliyinə necə töhfə verə biləcəyini müzakirə etmək təklifi ilə də əlaqəlidir.

Bununla belə, Fransa rəsmiləri Makronun “qabaqcıl çəkindirmə” konsepsiyasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyindən ehtiyatlanırlar. Belə ki, Almaniya və ya digər Avropa tərəfdaşları Rusiyaya zərbə endirərsə, Moskva bu hücumun məsuliyyətini Fransa ilə də əlaqələndirə bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm