Brüssel Kiyevə pul axınını dayandırmır: 2027-ci ilin planı bəlli oldu
Bizi izləyin

Avropa

Brüssel Kiyevə pul axınını dayandırmır: 2027-ci ilin planı bəlli oldu

Brüssel Kiyevə pul axınını dayandırmır: 2027-ci ilin planı bəlli oldu

Avropa İttifaqı (Aİ) 2027-ci il büdcəsində Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsini nəzərdə tutub.

Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, Avropa Parlamenti və Aİ Şurası 2027-ci ilin büdcəsi ilə bağlı razılığa gəlib. Sənəddə Ukraynaya Dəstək Fondu və Ukraynaya Dəstək Krediti vasitəsilə Kiyevə maliyyə yardımı göstərilməsi nəzərdə tutulur.

Avropa Komissiyasının bildirdiyinə görə, yeni büdcə Aİ-nin 2021-2027-ci illəri əhatə edən çoxillik maliyyə çərçivəsinin son proqram dövrünü tamamlayır. Bu müddət pandemiya, enerji böhranı, inflyasiyanın artması və silahlı münaqişə ilə yadda qalıb.

Büdcənin yekun təsdiqi üçün Aİ Şurası və Avropa Parlamenti sənədi təsdiqləməlidir. Avropa Parlamentində səsvermənin 24 noyabr 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm