Merts Aİ-ni hədələdi, Koşta geri çəkildi: Ukrayna məsələsi gündəmə gəldi
Bizi izləyin

Avropa

Merts Aİ-ni hədələdi, Koşta geri çəkildi: Ukrayna məsələsi gündəmə gəldi

Merts Aİ-ni hədələdi, Koşta geri çəkildi: Ukrayna məsələsi gündəmə gəldi

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta Almaniya kansleri Fridrix Mertsin ultimatum xarakterli məktubuna cavab olaraq Ukraynanın maliyyələşdirilməsi məsələsini müzakirəyə çıxarmağa razılaşıb.

Publika.az xəbər verir ki, bu barədə “European Pravda” Koştanın cavab məktubuna istinadən məlumat yayıb.

Koşta bildirib ki, noyabrın 13-də Dublində keçiriləcək Aİ liderlərinin qeyri-rəsmi sammitində Ukrayna ilə bağlı geniş müzakirəyə vaxt ayıracaq.

Bununla belə, o qeyd edib ki, Ukraynanın 2027-ci il üçün maliyyə ehtiyacları noyabrın 26-27-də Brüsseldə keçiriləcək xüsusi Aİ sammitində müzakirə olunacaq. Həmin vaxta qədər Avropa Komissiyasının müvafiq təklifinin də təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Merts Aİ Şurasının rəhbərinə məktub göndərərək ittifaqın bütün üzvləri Kiyevə 2027-ci ildə və sonrakı dövrdə maliyyə dəstəyini davam etdirməyə razılaşmasalar, 2028-2034-cü illər üçün Aİ büdcəsinin təsdiqinə mane olacağı ilə hədələmişdi.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm