Avropa
Makron gedir, Avropa Siyasi Birliyi dağılır?
Bəzi avropalı diplomatlar və rəsmilər Fransa prezidenti Emmanuel Makronun 2027-ci ildə vəzifəsini tərk etməsindən sonra Avropa Siyasi Birliyinin fəaliyyətini dayandıracağını gözləyirlər.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bir sıra Avropa liderləri Makronun təşəbbüsü ilə yaradılan bu platformadan narazıdır və onu nəticəsiz müzakirələr meydanı hesab edirlər.
Bununla belə, Yelisey sarayında və Avropa İttifaqının qurumlarında bu tənqidlər qəbul edilmir. Bildirilib ki, Avropa Siyasi Birliyinin sammitləri artıq 2028-ci ilin sonunadək planlaşdırılıb. Görüşlərin İsveçrə, Yunanıstan, Azərbaycan və Latviyada keçirilməsi gözlənilir.
Noyabrın 12-də Dublində açılacaq sammitdə Avropa Şurasının prezidenti Antonio Koşta, İrlandiyanın baş naziri Mixol Martin və Ukrayna prezidenti Vladimir Zelenskinin çıxış edəcəyi bildirilir.
Birgə plenar iclasda əsas diqqət Ukraynaya və Avropanın təhlükəsizliyinə yönələcək. Nəşrin məlumatına görə, Avropa Siyasi Birliyinin genişləndirilməsi məsələsi isə müzakirə olunmayacaq.
Müəllif: Adəm
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO







































