Ukraynada qanlı müharibə başa çatır? - Uitkoffdan ümidverici açıqlama
Bizi izləyin

Avropa

Ukraynada qanlı müharibə başa çatır? - Uitkoffdan ümidverici açıqlama

Ukraynada qanlı müharibə başa çatır? - Uitkoffdan ümidverici açıqlama

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva danışıqlarının nəticələrinə əsasən, Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəliləyişə nail olunduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“İrəliləyiş əldə olunub. Düşünürəm ki, bu irəliləyiş bu gün səhər əldə edilib”, – deyə o bildirib.

Uitkoff Avropa ölkələrinin nümayəndələrinin Ukrayna ilə bağlı növbəti danışıqlara qoşulacağını da təsdiqləyib.

ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya lideri Vladimir Putinlə danışıqları noyabrın 12-də Moskvada, Əbu-Dabidə keçirilən danışıqlar raundundan sonra baş tutub. Rusiya Prezidenti ilə görüşdə Uitkoff Avropa ölkələrinin növbəti danışıqlar raunduna qoşulmasını istədiyini bildirib. Kuşner isə avropalıların Ukraynadakı münaqişənin başa çatmasını və uzunmüddətli sülhün bərqərar olmasını istədiklərini deyib. Putin Rusiyanın Avropa ilə dialoqa heç vaxt qarşı çıxmadığını bildirib və Ukrayna ilə əbədi sülh istədiyini təsdiqləyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm