İrlandiyanın Baş naziri Azərbaycanın "Avropa Siyasi Birliyi"ndəki rolundan danışdı - VİDEO
Bizi izləyin

Avropa

İrlandiyanın Baş naziri Azərbaycanın "Avropa Siyasi Birliyi"ndəki rolundan danışdı - VİDEO

İrlandiyanın Baş naziri Azərbaycanın "Avropa Siyasi Birliyi"ndəki rolundan danışdı - VİDEO

"Azərbaycanın "Avropa Siyasi Birliyi" çərçivəsində iştirakını əməkdaşlığın xüsusilə enerji təchizatı və bütövlükdə Avropa qitəsinin təhlükəsizliyinin təmin olunması məsələlərində necə konkret nəticələr verə biləcəyinin nümunəsidir".

Publika.az xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Mixol Martin Azərbaycanın "Avropa Siyasi Birliyi"ndə rolundan danışarkən deyib.

O bildirib ki, Azərbaycanın Avropa siyasi birliyindəki iştirakına nəzər salsaq, bu həm qitənin iqtisadi təhlükəsizliyi, həm də hibrid hücumlar kontekstində təhlükəsizliyi baxımından tədarük və digər sahələrdə əhəmiyyətli nəticələrə gətirib çıxarıb:

"Enerji sahəsində qarşılıqlı əlaqəlilik, texnoloji əməkdaşlıq və insanlar arasında təmaslar, Avropa ölkələri və onların tərəfdaşları arasında daha sıx koordinasiya tələb edən əsas istiqamətlər sırasındadır. Əlçatan enerji resursları təchizatının təmin edilməsi, kritik infrastrukturun qorunması və kritik əhəmiyyətli xammal növlərinə, eləcə də nadir torpaq minerallarına çıxışın təmin olunması üçün əməkdaşlıq vacibdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm