Avropa
Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Dublin şəhərində ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Üç günlük diplomatik təmaslar marafonunu başa vuran ABŞ nümayəndələri "Avropa Siyasi Birliyi"nin (ASB) 9-cu sammitində iştirak etmək üçün şəhərə gələn Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqların nəticələri barədə məlumatlandırmaq məqsədilə Dublinə yollanıblar.
Danışıqlardan sonra Ukrayna Prezidenti Kiyev və Moskvanın indiyədək ən böyük hərbi əsir mübadiləsini həyata keçirəcəyini bildirib.
Zelenski həmçinin qeyd edib ki, münaqişənin başa çatdırılmasına yönəlmiş istənilən təhlükəsizlik sazişində NATO-ya gələcək üzvlük məsələsi təminat kimi istifadə oluna bilər. Telekanalın məlumatına görə, bununla o, Moskvanın üstünlük verdiyi prinsiplərə uyğun olaraq Avropa ilə yeni saziş imzalanmasına dair Rusiyanın təkliflərini rədd edib.
Öz növbəsində Kuşner danışıqlarda “əhəmiyyətli irəliləyişin əldə olunmaqda davam etdiyini” bildirib. Uitkoff isə Donald Trampın hərbi əməliyyatların dayandırılması istiqamətində təşəbbüsə rəhbərlik etmək niyyətində olduğunu vurğulayıb və yeni danışıqların artıq planlaşdırıldığını qeyd edib.
Noyabrın 12-də Kremldə Putinlə ABŞ prezidentinin xüsusi nümayəndələri arasında görüş keçirilib. Danışıqlar iki saatdan bir qədər çox davam edib.
Görüşün açıq hissəsində tərəflər Əbu-Dabidə keçirilmiş üçtərəfli təmasları, Ukrayna üzrə danışıqların növbəti mərhələsində Avropa nümayəndələrinin iştirakını, eləcə də humanitar məsələləri müzakirə ediblər.
Hüseyn İbadlı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"



























.jpg)








