Avropa
Avropanı Ukrayna danışıqlarında təmsil edəcək 4 ölkə - Mertsin planı bəlli oldu
Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna sülh danışıqlarında Avropanı beş ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşa təmsil edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Kiev Independent" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Almaniya, Böyük Britaniya və Fransanı əhatə edən “üçlük” formatı artıq qüvvədədir. Kansler qeyd edib ki, eyni zamanda, bu ölkələr də qismən daha geniş “beşlik” formatı çərçivəsində işləyirlər.
“Artıq sübut olunmuş E3 formatımız var. Həmçinin, bu məsələ üzərində beş ölkə - Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa formatında qismən işləyirik. Bunu belə saxlamaqda heç bir problem görmürəm”, - Merts bildirib.
Almaniya kansleri həmçinin Avropanın danışıqlarda təmsil olunması ilə bağlı yekun qərarın verilmədiyini də qeyd edib.
Müəllif: Tural
-
Nida Xəbər 10:05DTX əməliyyat keçirdi: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
-
Dünya10:00Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...
-
Sosial09:12General qızı azadlıqda - VİDEO
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
















.jpg)




















