Avropa
Makron qucaqlamaq istədi, xanım baş nazir geri çəkildi - FOTO
Fransa prezidenti Emmanuel Makron Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən görüş zamanı gözlənilməz an yaşayıb.
Publika.az xəbər verir ki, Makron İslandiyanın Baş naziri Kristrun Frostadouttiri qucaqlamaq istəyib. Lakin fotodan görünür ki, baş nazir bu jestə eyni şəkildə qarşılıq verməyib və bir qədər geri çəkilib.
Maraqlı məqamlardan biri də Frostadouttirin həmin anda fotoqrafa tərəf baxması olub. Makron isə gülümsəyərək salamlaşmağa çalışıb.
Foto Fransa prezidentinin səmimi jesti ilə İslandiya baş nazirinin daha təmkinli reaksiyası arasındakı fərqə görə diqqət çəkib.
Bununla belə, Frostadouttirin qucaqlaşmadan qəsdən yayınıb-yayınmadığı məlum deyil. O və nümayəndələri hadisə ilə bağlı açıqlama verməyiblər.


-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
-
Dünya10:00Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...






































