Fransada ukraynalı oliqarxın malikanəsinə həbs qoyuldu - FOTO
Bizi izləyin

Avropa

Fransada ukraynalı oliqarxın malikanəsinə həbs qoyuldu - FOTO

Fransada ukraynalı oliqarxın malikanəsinə həbs qoyuldu - FOTO

Fransanın paytaxtı Parisdə Ukrayna hüquq-mühafizə orqanlarının müraciəti əsasında ukraynalı iş adamı Konstantin Jevaqoya məxsus lüks malikanəyə həbs qoyulub. Əmlakın bazar dəyərinin 40 milyon dollar olduğu bildirilir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu rəsmi "Telegram" kanalında məlumat yayıb.

Prokurorluğun məlumatına görə, xaricdəki aktivə həbs qoyulması 113 milyon dolların mənimsənilməsi ilə bağlı genişmiqyaslı cinayət işi çərçivəsində həyata keçirilib. İş adamı Ukraynada bir neçə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçir.

Bu, Fransa məhkəmə orqanlarının Jevaqo ilə bağlı Kiyevin müraciətlərinə ilk dəfə baxması deyil. 2022-ci ilin dekabrında Ukrayna Dövlət İstintaq Bürosunun təşəbbüsü ilə iş adamı Kurşeveldəki xizək kurortunda saxlanılıb.

2023-cü ilin yanvarında məhkəmə onu girov müqabilində sərbəst buraxıb. Bununla yanaşı, Jevaqoya həftədə üç dəfə yerli polis bölməsində qeydiyyatdan keçmək öhdəliyi qoyulub.

Lakin Kiyevin onun ekstradisiyasına nail olmaq cəhdləri nəticəsiz qalıb. 2023-cü ilin martında Şamberi Apellyasiya Məhkəməsi ekstradisiya tələbini rədd edib. Həmin ilin noyabrında isə Fransanın Ali Məhkəməsi də analoji qərar verib.

Ali instansiya Ukrayna tərəfinin Jevaqoya ədalətli məhkəmə araşdırmasının təmin ediləcəyinə zəmanət verə bilmədiyi qənaətinə gəlib. Bundan sonra iş adamına qarşı Fransada tətbiq olunan bütün məhdudiyyətlər ləğv edilib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm