Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
Bizi izləyin

Avropa

Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı

Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı

Qara dəniz üzərində Amerikaya məxsus kəşfiyyat təyyarəsi müşahidə edilib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Nəşr beynəlxalq uçuş məlumatlarına istinad edib.

Qeyd edilib ki, "Bombardier ARTEMIS II" təyyarəsi Rumıniyanın Konstansa Mixail Koqalniçeanu Beynəlxalq Hava Limanından təxminən saat 7:05-də qalxıb və Qara dənizə doğru uçub.

"Moskva vaxtı ilə saat 10:30-a olan məlumata görə, təyyarə Qara dəniz üzərindən uçaraq cənub-şərqə doğru hərəkət edirdi", -məlumatda qeyd edilib.

Qeyd edək ki, son zamanlar bu təyyarədən müntəzəm olaraq Kalininqrad bölgəsi ətrafında və Qara dəniz üzərində, Krım yarımadası boyunca və Rusiya Federasiyasının digər cənub bölgələrində uçuşlar üçün istifadə olunur.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm