Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
Bizi izləyin

Avropa

Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək

Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək

Bolqarıstanın Baş naziri Rumen Radev diqqət çəkən açıqamalar verib.

Publika.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, o, ölkəsinin Ukraynaya öz ordu ehtiyatlarından silah və sursat tədarükünü dayandırdığını təsdiqləyib.

Radev həmçinin bildirib ki, Bolqarıstan həddindən artıq büdcə kəsiri və öz ehtiyatlarının çatışmazlığı kimi ciddi problemlə ilə üzləşir. Buna görə də Bolqarıstan mövcud şəraitdə Ukraynanı maliyyə resursları təmin edə bilmir.

"Maliyyə yardımına gəldikdə isə, biz özümüz həddindən artıq kəsirlə üzləşmə kimi çətin bir prosesin içindəyik. Xanım Ursula fon der Leyen dəfələrlə bizdən kəsiri 3%-lik limitdən aşağı salmağımızı xahiş edib",- o, qeyd edib.

Bununla belə, siyasətçi vurğulayıb ki, rəsmi Sofiya digər Avropa İttifaqına(Aİ) üzv olan ölkələrə maliyyə yardımı ilə bağlı qərarlar verməyə mane olmayacaq. Bolqarıstan hökumətinin başçısı onu da əlavə edib ki, Bolqarıstan vəsaitlərin yalnız humanitar ehtiyaclar, elektrik enerjisi təchizatı və tibbi yardım üçün istifadəsini təmin edəcək mexanizmləri müzakirə etməyə hazırdır. Radev vəsaitlərin birbaşa Ukraynanın bir neçə bölgəsində cəmləşmiş Bolqarıstan icmasına yönəldilməsinə imkan verən mexanizmlərin tətbiqi məsələsində də israr edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm