Avropa
Keçmiş nazirin milyardları meşədən tapıldı - FOTO
Macarıstanda Milli Aktivlərin Bərpası və Qorunması İdarəsi (NVVH) keçmiş Milli inkişaf naziri Mikloş Şestakın gizlətdiyi nağd pulları aşkarlaya bilib.
Publika.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilib. Qeyd edilib ki, pullar əsasən meşədə gizli saxlanc yerlərində qorunurmuş.
Agentliyin məlumatına görə, 12 və 13 noyabr tarixlərində Budapeşt də daxil olmaqla, "Şestak işi", antikorrupsiya istintaqı çərçivəsində ölkə daxilində bir neçə yerdə, eləcə də Peşt, Bekeş və Noqrad bölgələrində istintaq tədbirləri aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cəmi iki gün ərzində meşələrdə, yardımçı tikililərdə, yaşayış binalarında və ayrı-ayrı seyflərdə gizlədilən 5 milyard forintdən, 2,6 milyon avrodan və 1,2 milyon dollardan çox pulu müsadirə ediblər. Müsadirə edilən nağd pulun ümumi dəyəri təxminən 19 milyon dollar qiymətləndirilir. Bütün əskinaslar qorunması üçün Macarıstan Dövlət Xəzinədarlığına təhvil verilib.
NVVH-nin bəyanatında o da vurğulanıb ki, nağd pulun bir hissəsi birbaşa meşədə basdırılıb. Digər nağd pul kisələri isə ferma binalarında, anbarlarda və yaşayış binalarında gizlədilibmiş.
Müəllif: Tural
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu



























.png)








