Britaniya üçün əsas hərbi təhlükə - Britaniya Rusiyaya meydan oxumalıdır
Bizi izləyin

Avropa

Britaniya üçün əsas hərbi təhlükə - Britaniya Rusiyaya meydan oxumalıdır

Britaniya üçün əsas hərbi təhlükə - Britaniya Rusiyaya meydan oxumalıdır

"Rusiya Prezidenti Vladimir Putini çəkindirmək və Moskvanın regionda mövqelərini daha da möhkəmləndirməsinin qarşısını almaq üçün London Arktikada Rusiyanın hərbi infrastrukturuna qarşı durmaq qabiliyyətinə malik olduğunu nümayiş etdirməlidir".

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak “The Sunday Times” qəzetində dərc olunan məqaləsində bildirib.

O, Böyük Britaniyanın təhlükəsizliyi baxımından Rusiyanın Şimal Donanmasının yerləşdiyi Kola yarımadasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu ərazini ölkə üçün əsas hərbi təhlükə mənbələrindən biri adlandırıb. Siyasətçinin fikrincə, Moskvanın öz hərbi obyektlərinin Britaniya qüvvələri qarşısında müdafiəsiz olduğunu dərk etməsi eskalasiya riskini azalda bilər.

Sunak həmçinin Böyük Britaniya dəniz piyadalarının sərt iqlim şəraitində əməliyyatlar aparmaq üçün hazırlanmış bölmələrini xatırladıb. Bundan əlavə, o, Rusiya gəmilərinin fəallığına və sualtı infrastrukturun müdafiəsizliyinə diqqət çəkib. Siyasətçi fikirlərini əsaslandırmaq üçün Böyük Britaniyanın müdafiə nazirinin və Birinci Dəniz Lordunun xəbərdarlıqlarına istinad edib. Həmin xəbərdarlıqlara görə, son bir ildə Rusiya hərbi-dəniz qüvvələrinin Britaniya sahilləri yaxınlığındakı fəallığı 41 faiz artıb.

Sonda Sunak Londonu Avropadakı müttəfiqləri və ABŞ ilə əməkdaşlığı gücləndirməyə, birgə hərbi imkanları inkişaf etdirməyə və sualtı kabellərin mühafizəsi üçün tədbirlər görməyə çağırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm