Avropa
Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
"Ukraynanın NATO-ya üzv olmaq üçün bütün əsasları var".
Publika.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində bildirib.
"Hər bir halda, əminliyimi ifadə etmək istəyirəm ki, Avropada ən güclü konvensional orduya malik olan Ukrayna NATO ilə birlikdə həlledici rol oynayır - onun bu alyansda yer almaq üçün bütün əsasları var!", - deyə Fransa Prezidenti yazıb.
O əlavə edib ki, Avropanın məqsədi Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq və bundan sonra qitədə ümumi təhlükəsizlik sistemini gücləndirməyə davam etməkdir.
Siyasətçi xatırladıb ki, Avropa Siyasi Birliyinin sammitində Avropanın təhlükəsizliyini müəyyən etməli olan prinsiplərə dair bəyannamə təsdiqlənib.
Sənəd Ukrayna ordusuna dəstəyi və bu atəşkəs əldə olunduqdan sonra bu ölkədə yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanmasını nəzərdə tutur. Avropa ölkələrinin prosesə öz töhfəsini verməyə hazır olduğunu nümayiş etdirmək üçün hazırda Polşada təlimlər keçirilir. Gələn həftə Berlində bu iş davam etdiriləcək.
Onun sözlərinə görə, indi daha da irəli getmək və avropalıların müharibədən sonrakı dövr üçün nə istədiklərini, o cümlədən Avropanın uzunmüddətli təhlükəsizliyi baxımından ABŞ-dan olan gözləntilərini aydın şəkildə bəyan etmək lazımdır.
Müəllif: Tural
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
Region10:32Malxasyan öldü
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı
-
İdman07:30“Qalatasaray” onun transferi üçün yenidən hərəkətə keçir




















.png)
















