Parisin iğtişaş qorxusu: Fransa tədricən qadağalar ölkəsinə dönür
Bizi izləyin

Avropa

Parisin iğtişaş qorxusu: Fransa tədricən qadağalar ölkəsinə dönür

Parisin iğtişaş qorxusu: Fransa tədricən qadağalar ölkəsinə dönür

Fransada 27 noyabr tarixinə qədər əyləncə məqsədilə istifadə olunan fişənglər və pirotexnikaların satışına qadağa qoyulub. Hökumət bu qərarı iğtişaşlar və polisə artan hücumlar səbəbindən verib.

Publika.az xəbər verir ki, məlum qərar 15 noyabrda rəsmi portal olan "Legifrance"də dərc olunmuş məqalədə açıqlanıb.

Qadağan hələ də böyüklərə sərbəst şəkildə satılan F2 və F3 kateqoriyalı pirotexnik vasitələrinə şamil edilir. F4 kateqoriyalı məhsullar isə yalnız peşəkar pirotexniklər üçün mövcuddur. F4 kateqoriyasından olan məhsullar əvvəllər yalnız xüsusi icazə ilə ixtisaslaşmış mağazalarda əldə edilə bilərdi. Lakin onların küçələrdə istifadəsinə icazə verilmirdi.

"Bu məhsullar (F2 və F3-red.) artıq bayram etmək, hansısa mühüm günü qeyd eləmək üçün istifadə edilmir. Onlar insanlara xəsarət yetirir", - hökumətin qərarında yazılıb.

Hökumət təmsilçisi qərarı belə izah edib ki, Fransada "nümayişlər keçirmək hüququ təmin edilir, lakin ölkədə xəsarət yetirmək hüququ mövcud deyil".

Onun sözlərinə görə, etirazçılar pirotexnikadan polis və jandarmlara qarşı silah kimi effektiv şəkildə istifadə edirlər. Lakin nümayişçilər həmçinin məktəb işçilərinəə, hətta şagirdlərə də xəsarətlər yetiriblər. Məsələn, noyabrın əvvəlində Val-duaz departamentində bir müəllim, təhsil köməkçisi, orta məktəb direktoru və digər bir işçi xəsarət alıb.

Xatırladaq ki, Fransada sonuncu dəfə kütləvi etiraz dünən baş tutub və 106 min nəfər aksiyalarda iştirak edib. Onlar əsasən yaşayış xərclərinin artmasına etiraz ediblər. Nümayişlər zamanı ən azı 219 nəfər saxlanılıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm