Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
Bizi izləyin

Avropa

Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi

Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi

Avropa İttifaqının (Aİ) əməliyyatı çərçivəsində hərbi-dəniz qüvvələri Rusiyanın "kölgə donanması"na daxil olduğu ehtimal edilən MV MIDAG tankerinə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.

Yoxlama zamanı gəminin saxta bayraq altında hərəkət etdiyi müəyyən edilib.

Kallas bildirib ki, Aİ həm dənizdə, həm də diplomatik vasitələrlə Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni davam etdirmək niyyətindədir.

Onun sözlərinə görə, bazar ertəsi Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiya məhdudiyyətlərini təsdiqləməyi planlaşdırırlar. Sanksiya siyahısına bankların, Rusiya neftinin alıcılarının və "kölgə donanması"na dəstək göstərən şirkətlərin daxil edilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm